Bank Of Baku

Proqnoz: Bu il Azərbaycan fond bazarının ÜDM-də payı 21%-ə çatacaq

Proqnoz: Bu il Azərbaycan fond bazarının ÜDM-də payı 21%-ə çatacaq
# 14 sentyabr 2011 11:13 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədr müavini İlqar Muradov bildirib.

Onun sözlərinə görə, artıq bu ilin yanvar-iyul ayları ərzində ölkənin fond bazarının ÜDM-də payı 11%-i ötüb: «Bu ilin sonunadək qiymətli kağızlar bazarının ÜDM-dəki payının 21%-ə çatacağı proqnozlaşdırılır».

Qeyd edək ki, bu ilin ilk yarısında Azərbaycanın fond bazarının həcmi 3,750 mlrd. manat təşkil edib. Bu da yarımilllik ÜDM-in 16,7%-nə bərabərdir.

Xatırladaq ki, Dünya Bankı 2011-ci il ərzində Azərbaycanda iqtisadi artım tempinin 4,2%, 2012-ci ildə – 4,1%, Avropa Yenidənqurma və İnkişaf Bankı hər iki il üçün 3%, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə - 2,8%, 2012-ci ildə - 2,5%, Asiya İnkişaf Bankı hər iki il üçün 5,8%, Qara Dəniz Ticarət və İnkişaf Bankı 2011-ci ildə – 3,5%, 2012-ci ildə – 4,1%, Azərbaycan hökuməti isə 2011-ci ildə - 3,8%, 2012-ci ildə isə 5% təşkil edəcəyini proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR