Bank Of Baku

Avropa Komissiyası avrozonanın vahid istiqraz layihəsini hazırlayır

Avropa Komissiyası avrozonanın vahid istiqraz layihəsini hazırlayır
# 14 sentyabr 2011 12:44 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Komissiyası yaxın vaxtlarda avrozonanın vahid istiqraz layihəsini təqdim edəcək. “APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu bildirib.

Bununla yanaşı, J.M.Barrozu qeyd edib ki, bu addım da böhranın qarşısını almayacaq: “Açıq danışmaq lazımdır - bu, bizim bütün problemlərimizi həll etməyəcək, amma gələcək iqtisadi və siyasi inteqrasiyaya kompleks yanaşmamızın bir hissəsi olacaq”.

Avropa Komissiyasının rəhbəri avrozonada inteqrasiya proseslərinin dərinləşdirilməsinin zəruri olduğunu vurğulayıb: “Borc böhranı o vaxt həll olunacaq ki, avrozona ölkələri öz niyyətlərini yerinə yetirmək iqtidarında olduqlarını nümayiş etdirəcəklər”.

Qeyd edək ki, avrozona hazırda kəskin borc böhranı yaşayır. Valyuta ittifaqına əsas problemi isə Portuqaliya, İrlandiya, İtaliya, Yunanıstan və İspaniya yaradıb. Bu ölkələrin dövlət borcu kəskin şəkildə artıb və borcu ödənmək imkanları da azdır. Ekspertlərin fikrincə, daha ağır vəziyyətdə olan Yunanıstanın defolt elan etməsi artıq zaman məsələsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR