Bank Of Baku

Azərbaycanda illik inflyasiya 8,5%-ə düşüb

Azərbaycanda illik inflyasiya 8,5%-ə düşüb
# 14 sentyabr 2011 13:09 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin yanvar-avqust ayları ərzində 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə ölkədə inflyasiyanın səviyyəsi 8,5% olub, o cümlədən ərzaq məhsullarının qiymətləri 11,7%, qeyri-ərzaq mallarının qiymətləri 2,8%, xidmət tarifləri isə 4,4% yüksəlib.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında inflyasiyanın səviyyəsi 8,7% olub.

Xatırladaq ki, cari ilin ilk yarısında Azərbaycanda inflyasiyanın səviyyəsi 8,8% təşkil edib.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu 2011-ci ildə Azərbaycanda inflyasiyanın 10,3%, Asiya İnkişaf Bankı – 7,5%, Avropa Yenidənqurma və İnkişaf Bankı – 9,1%, Azərbaycan hökuməti isə 5% səviyyəsində olacağını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR