Bank Of Baku

Səfir: “Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi bu il 800 mln. dollara çatacaq”

Səfir: “Azərbaycan və Belarus arasında ticarət dövriyyəsinin həcmi bu il 800 mln. dollara çatacaq”
# 14 sentyabr 2011 13:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Azərbaycan və Belarus bu il ticarət dövriyyəsinin həcminin 800 mln. dollara qədər artacağını proqnozlaşdırır. “APA-Economics”in “BELTA”ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə açıqlama verib.

Səfir qeyd edib ki, son vaxtlar iki ölkənin ticarət-iqtisadi münasibətlərində müsbət dinamika müşahidə olunur. Belə ki, bu ilin I rübündə ikitərəfli ticarətin həcmi 12 dəfə artaraq 430 mln. dollar, 6 ayın yekunlarına əsasən isə 580 mln. dollar təşkil edib.

İ.Vahabzadənin sözlərinə görə, investisiyaların qarşılıqlı müdafiəsi haqqında sazişin ratifikasiyası sərmayə qoyuluşu üçün əlverişli şərait yaradacaq: “Ümumiyyətlə, iki ölkə arasında 60 dövlətlərarası, hökumətlərarası və qurumlararası saziş imzalanıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR