Bank Of Baku

Azərbaycan Asiya Kredit İttifaqlarının növbəti İllik Forumunda iştirak edəcək

Azərbaycan Asiya Kredit İttifaqlarının növbəti İllik Forumunda iştirak edəcək
# 14 sentyabr 2011 14:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) sentyabr ayının 18-23-də Kuala-Lumpurda (Malayziya) keçiriləcək Asiya Kredit İttifaqlarının növbəti İllik Forumunda (Asian Credit Union Forum) iştirak edəcək. Bu barədə «APA-Economics»ə AKİA-dan məlumat verilib.

Beynəlxalq tədbirdə Azərbaycanı AKİA-nın İdarə Heyətinin sədri Elçin Bağırov təmsil edəcək. Forumda iştirakçılar kredit ittifaqlarının yeni inkişaf strategiyalarını öyrənmək imkanı, kredit ittifaqları hərəkatının təcrübəli ekspertlər və rəhbəri ilə görüşmək, həmçinin kredit kooperasiyası sahəsində bilikləri artırmaq imkanları qazanacaqlar.

Asiya Ölkələri Kredit İttifaqları Konfederasiyasının Assosiasiyası (ACCU) kredit ittifaqlarının beynəlxalq təşkilatı kimi 1971-ci il aprelin 28-də təsis edilib. ACCU Asiyanın 26 ölkəsinin 38,1 milyona yaxın üzv olan 21 947-dən çox kredit ittifaqlarına və 34 filial şəkilində fəaliyyət göstərən təşkilatlara xidmət göstərir. ACCU-nun qərargahı Banqkokda (Tayland) yerləşir. Azərbaycan 2010-cu ilin martında bu quruma üzv olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR