Bank Of Baku

Ələkbər Məmmədov vergilər nazirinin müşaviri təyin olunub

Ələkbər Məmmədov vergilər nazirinin müşaviri təyin olunub
# 15 sentyabr 2011 07:50 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının sabiq prezidenti Ələkbər Məmmədov Vergilər Nazirliyində məsul vəzifəyə təyin olunub. «APA-Economics»in məlumatına görə, Ə.Məmmədov vergilər nazirinin beynəlxalq əlaqələr və vergi ödəyicilərinə xidmət üzrə müşaviri təyin edilib. Xəbəri təsdiqləyən müşavir nazirlikdə adı çəkilən sahələr üzrə fəaliyyət göstərdiyini bildirib.

Xatırladaq ki, Ə.Məmmədov 1996-1998-ci illərdə Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsi yanında Sahibkarlığa Kömək Milli Fondunun direktoru və Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Dövlət Komitəsinin Haqsız rəqabətə qarşı mübarizə və istehlakçıların hüquqlarının müdafiəsi İdarəsinin rəisi vəzifələrində çalışıb.

Sonradan, 1999-2009-cu illərdə təşkilatçısı olduğu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti olub, 2001-2009-cu illərdə Beynəlxalq Sənayeçilər və Sahibkarlar Konqresində vitse-prezident seçilib. Ə.Məmmədov 2009-cu ildən 2011-ci ilin avqust ayına kimi Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin sədri olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR