Bank Of Baku

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankının reytinqini əvvəlki səviyyədə saxlayıb

«Fitch Ratings» Azərbaycan Beynəlxalq Bankının reytinqini əvvəlki səviyyədə saxlayıb
# 15 sentyabr 2011 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) «BBB-» səviyyəsində olan uzunmüddətli reytinqini «neqativ» Rating Watch siyahısında saxlayıb. «APA-Economics»in məlumatına görə, Agentliyin məlumatında deyilir ki, bununla yanaşı Bankın dayanıqlığı reytinqi «b-» səviyyəsindən «cc» səviyyəsinə kimi endirilib və bu reytinq də «neqativ» siyahısında saxlanılıb.

Məlumatda bildirilir ki, Bankın uzunmüddətli reytinqinin «neqativ» Rating Watch statusuna malik olması hökumət tərəfindən ABB-yə kifayət miqdarda və vaxtında dəstək verməsi barədə narahatlığı əks etdirir. O cümlədən, Agentlik Bankın təkrar kapitallaşmasının hələ də aparılmaması və kapital artımının öz vəsaitləri hesabına deyil, subordinasiya borcu hesabına həyata keçirilməsi ilə bağlı narahatdır. Eyni zamanda qeyd olunur ki, Bankın gözlənilən özəlləşdirməsi də reytinqin aşağı salınmasına təsir edə biləcək amillər sırasındadır.

Agentliyin məlumatına əsasən, Bank tərəfindən Agentliyə verilən məlumatında bildirilir ki, ABB-nin kapitalının kəsiri 2011-ci ilin oktyabrın sonuna kimi Mərkəzi Bankdan alınacaq borc hesabına ödəniləcək. Hazırda bu borcun həcmi üzrə müzakirələr aparılır və bu həcmin Bankın kapitalının tələblərinə cavab verməsinə kifayət edəcəyi gözlənilir.

Agentlik bildirir ki, bundan sonra özəlləşdirmə üzrə danışıqların fəallaşacağı ehtimal olunur və prosesin 2012-ci ilin iyun ayında başa çatacağı gözlənilir. Bunun nəticəsində ABB-nin səhmlərinin ölkə daxilində deyil, beynəlxalq strateji investora satılması planlaşdırılır. Eyni zamanda, satılacaq payın hələ də konkretləşməməsi mənfi amildir.

«Fitch Ratings»in məlumatına görə, gələcəkdə Bankın reytinqlərinin ölkə reytinqləri ilə fərqi bir pilləsəviyyyəsində ola bilər. Belə ki, ölkənin reytinqi «BBB» səviyyəsinə qədər artırılarsa, Bankın reytinqi «BBB-» səviyyəsində təsdiqlənəcək. Ölkənin reytinqi hazırkı «BBB-» səviyyəsində qalarsa, Bankın reytinqi «BB+»a qədər endirilə bilər.

Bununla yanaşı qeyd olunur ki, ABB-nin dayanıqlıq reytinqinin endirilməsi 2010-cu ilin birinci yarısında 160 mln. manat həcmində xalis zərərin olması ilə bağlıdır. Qeyd edilir ki, bu zərərin həcmi 2009-cu ilin sonuna olan Bankın məcmu kapitalının 44%-nə bərabərdir. «Fitch Ratings»in fikrincə, Bankın dayanıqlığının artırılması üçün onun təkrar kapitallaşması prosesinin tamamlanması tələb olunacaq. Bundan əlavə, Bankın aktivlərinin keyfiyyətinin pisləşməsi davam edib. Belə ki, Agentliyin məlumatına görə, restrukturizasiya edilmiş və vaxtı uzadılmış kreditlərin həcmi 2011-ci ilin ilk yarısının sonuna 14% təşkil edib, halbuki bu göstərici 2010-cu ilin sonunda 10%, 2009-cu ilin sonunda isə 2%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR