Bank Of Baku

«Bank of Baku» neft sahəsində çalışanlar üçün güzəştli kredit kampaniyası keçirir

«Bank of Baku» neft sahəsində çalışanlar üçün güzəştli kredit kampaniyası keçirir
# 15 sentyabr 2011 11:00 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Baku» ASC 20 Sentyabr - neftçilərin peşə bayramı, «Əsrin Müqaviləsi»nin imzalanmasının 17-ci ildönümü ilə bağlı Azərbaycanın neft sahəsində çalışan bütün əməkdaşları üçün bu gündən güzəştli kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniyanın şərtlərinə əsasən, bank neft sektorunda çalışan işçilərə istehlak (avtomobil, VİP, əmanətə bağlı kreditlər, ipoteka kreditləri istisna olmaqla) və pul kreditlərinin illik faiz dərəcəsində 2% endirim elan edir.

Bankdan bildirilib ki, əməkdaşın vəzifəsindən asılı olaraq kreditin maksimal məbləği 5000 manata qədər ola bilər: «Misal üçün qeyd edək ki, güzəştli şərtlərlə kreditin məbləği 4000 manat, müddəti isə 24 ay olarsa, aylıq ödəniləcək məbləğ neft sahəsində çalışan yeni müştərilər üçün 224 manat, müsbət tarixçəsi olan təkrar müştərilər üçün isə 216 manat təşkil edəcək».

Kampaniya oktyabrın 4-dək davam edəcək.

Xatırladaq ki, «Bank of Baku» ASC 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR