Bank Of Baku

«DəmirBank» yeni kredit kampaniyası keçirir

«DəmirBank» yeni kredit kampaniyası keçirir
# 15 sentyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC 20 Sentyabr - Neftçilər Günü münasibətilə bu gündən etibarən neft sektorunda çalışan şəxslər üçün 3% güzəştlə kredit kampaniyasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində bankın bütün kredit məhsulları üzrə (ipoteka, biznes və tərəfdaşlarla kreditlə satış istisna olmaqla) faiz dərəcəsində 3% güzəşt tətbiq olunur. Bundan başqa, bu kampaniya çərçivəsində müştərinin həyat və qabiliyyətinin bankın xeyrinə sığortalanması tələb edilmir.

Aksiya Azərbaycan Dövlət Neft Şirkəti (həmçinin, şirkətin nəzdində olan müxtəlif istehsalat birlikləri, idarələr, zavodlar, elmi institutlar və sosial təşkilatlar), Sənaye və Energetika Nazirliyi, Dövlət Neft Fondu, neft hasilatı və emalı sahəsində fəaliyyət göstərən digər yerli və xarici şirkətlərin əməkdaşları iştirak edə bilər. Kampaniya dekabrın 15-dək davam edəcək.

Xatırladaq ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR