Bank Of Baku

Azərbaycanda audit fəaliyyətinin populyarlaşması gözlənilir

Azərbaycanda audit fəaliyyətinin populyarlaşması gözlənilir
# 16 sentyabr 2011 11:38 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Auditorlar Palatasının sədri Vahid Novruzov bildirib ki, 2011-ci ilin fevral ayında qanunvericiliyə dəyişikliklərin edilməsi ilə ölkədə məcburi auditin tətbiq olunub, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərlə isə məcburi auditdən yayınanlara qarşı cərimələr nəzərdə tutulub: «Bu ümid verir ki, çoxdan bir problem kimi qarşımızda qalan məcburi auditdən yayınmanın səviyyəsi sürətlə azalacaq». V.Novruzovun sözlərinə görə, artıq audit fəaliyyəti ilə məşğul olmaq istəyənlərin sayının artması müşahidə olunur: «Lisenziya üçün müraciət edənlərin və ya bunu arzu edənlərin sayı artıb».

Palata rəhbəri bildirib ki, indi bu məsələ ilə bağlı dövlət başçısının tapşırıqlarının yerinə yetirilməsi üçün işlər aparılır: «Mənə elə gəlir ki, bundan sonra audit təşkilatlarının sayı məcburi auditdən keçmənin səviyyəsinə uyğun olaraq artacaq».

Qeyd edək ki, hazırda Azərbaycanda təqribən 250 nəfər audit və 50-yə yaxın audit təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR