Bank Of Baku

Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb

Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb
# 16 sentyabr 2011 15:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi test imtahanının nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, test imtahanında iştirak etmiş 6 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 5 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 9 nəfər fiziki şəxslərdən isə 7 nəfəri imtahandan müvəffəqiyyətlə keçib.

Qeyd edək ki, imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinə və Azərbaycan Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR