Bank Of Baku

Azərbaycan Dövlət Gömrük Komitəsinin kinoloqları Moskvada keçirilən yarışlarda fərqləniblər

Azərbaycan Dövlət Gömrük Komitəsinin kinoloqları Moskvada keçirilən yarışlarda fərqləniblər
# 17 sentyabr 2011 07:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) kinoloqları Moskva şəhərində MDB gömrük xidmətlərinin kinoloji qurumları arasında keçirilən yarışlarda yer tutub. Bu barədə APA-ya DGK-dan məlumat verilib. İlk dəfə təşkil olunan yarışa Rusiya, Belarus, Ukrayna, Moldova, Azərbaycan, Ermənistan, Qazaxıstan və Qırğızıstan gömrük xidmətləri kinoloji mərkəzlərinin təmsilçiləri qatılıb.
Yarışda DGK-nin Kinoloji Mərkəzinin təlimçisi Anar Cavadov öz xidməti iti ilə yük avtomobillərinin axtarışında 1-ci yerə layiq görülüb. Kinoloq yük avtomobilinin axtarışında 12 dəqiqə vaxt əvəzinə 15 saniyə ərzində həmin avtomobildə narkotik vasitəni aşkar edə bilib. Yarışa bir xidməti itlə qatılan Azərbaycan nümayəndəsi şəxsi birincilikdə 3-cü yeri tutub. Bu nominasiya üzrə 1-ci və 2-ci yerləri Rusiya kinoloqları qazanıb.
Ümumi hesabda isə Azərbaycan tərəfi maksimum 400 mümkün baldan 351 bal toplayaraq Rusiya Federasiyasından sonra 2-ci yeri tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR