Bank Of Baku

Avropa İttifaqı ölkələri vahid büdcə qaydalarını qəbul edib

Avropa İttifaqı ölkələri vahid büdcə qaydalarını qəbul edib
# 17 sentyabr 2011 09:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Avropa İttifaqına daxil olan ölkələr büdcə kəsirləri qəbul edilmiş limitdən böyük həcmdə artıq olduğu ölkələrə qarşı sanksiyaların tətbiqini nəzərdə tutan vahid büdcə qaydalarını imzalayıb. “APA-Economics”in “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın maliyyə naziri Yan Vinsent-Rostovski bildirib.
Yeni qaydalara görə, bundan sonra Avropa İttifaqının rəhbərliyi üçün büdcə kəsirləri həddindən artıq olan ölkələrə qarşı sanksiyaların tətbiqi məsələsi sadələşdirilir. Qeyd edək ki, hazırda qüvvədə olan qaydalara görə, Aİ-yə üzv olan ölkədə büdcə kəsiri 3%-dən artıq olmamalıdır.
Xatırladaq ki, hazırda Avropada büdcə kəsiri və dövlət borcunun yüksək olması problemi çox ciddi xarakter alıb. Bir sıra ölkələrə, o cümlədən Yunanıstan, İrlandiya və Portuqaliyaya digər ölkələr tərəfindən maliyyə yardım göstərilir ki, həmin ölkələrdə defolt təhlükəsi aradan qaldırılsın və büdcə öhdəlikləri yerinə yetirilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR