Bank Of Baku

Vergilər Nazirliyinin Apelyasiya Şurası «Ceneral Elektrik»in şikayətini təmin edib

Vergilər Nazirliyinin Apelyasiya Şurası «Ceneral Elektrik»in şikayətini təmin edib
# 17 sentyabr 2011 10:28 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, vergi ödəyicisi kimi Bakı şəhəri Vergilər Departamentində qeydiyyatda olan "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin Azərbaycan Respublikasındakı filialında aparılmış səyyar vergi yoxlamasının nəticələrindən şikayətə sentyabrın 15-də baxılıb. Şikayətdə bildirib ki, Nazirliyin yanında Vergi Auditi Departamenti şirkətdə 2009-cu ilin mart ayından 2010-cu ilin dekabr ayınadək olan dövrü əhatə edən səyyar vergi yoxlaması aparıb. Yoxlama zamanı yoxlayıcı tərəf "Azərenerji" ASC-dən 2010-cu ilin dekabr ayında avans ödənişin alınmasının Filial tərəfindən ƏDV bəyannaməsində əks etdirilmədiyini pozuntu kimi qiymətləndirib. "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin müraciətində deyilir ki, buna cavab olaraq yoxlayıcı tərəfə bu məbləğin avans ödənişi olmadığı, ödənişin "Azərenerji" ASC tərəfindən səhvən ödənildiyi bildirilib, eləcə də buna aid sübut və dəlilləri təqdim edilib, amma qurumun mövqeyi dəyişməyib.

Apelyasiya Şurası işi araşdıranda məlum olub ki, 2010-cu ilin 22 noyabrında “Azərenerji” ASC-yə məbləği müqavilə qiymətinin 85%-i qədər avans hesab (invoys) təqdim edib, lakin 10 dekabr 2010-cu il tarixli müvafiq ləğvetmə sənədi (credit note) ilə bu hesab ləğv edilərək "Azərenerji" ASC-yə təqdim olunub. Sənədin ləğv edilməsinə baxmayaraq, həmin dekabrın 29-da "Azərenerji" ASC səhvən Filialın bank hesabına müqavilə ilə müəyyən edilmiş əsas məbləğ və ona uyğun ƏDV məbləğini köçürüb. Ən maraqlısı da odur ki, bu ödəniş tapşırığında da ödəniş üçün əsas kimi 22 noyabr 2010-cu il tarixli invoys deyil, səhvən 10 dekabr 2010-cu il tarixli ləğvetmə sənədinin (credit note) rekvizitləri qeyd edilib. Buna baxmayaraq, filial "Azərenerji" ASC tərəfindən ödənilmiş əsas məbləği 2011-ci ilin yanvarın 11-də, ƏDV məbləğini isə yanvarın 14-də müvafiq qaydada geri qaytarıb. 22 noyabr 2010-cu il tarixli HB 370546 nömrəli vergi hesab-fakturası 2 dekabr 2010-cu il tarixdə ləğv edilib və həmin elektron vergi hesab-fakturası üzrə "Azərenerji" ASC ƏDV-ni əvəzləşdirməyib. Beləliklə, araşdırma zamanı məlum olub ki, «Azerenerji» tərəfindən səhvən Filiala ödənilmiş vəsait vergitutma obyekti deyil və vergi tutulan əməliyyat sayılmır.

İş üzrə araşdırma materialları, əlavə olaraq təqdim edilmiş sənədlər və şikayətçinin gətirmiş olduğu dəlilləri diqqətlə araşdıran Vergi Apelyasiya Şurası "Ceneral Elektrik İnternəşnl, İNK." şirkətinin Azərbaycan Respublikasındakı filialının şikayətinin təmin edilməsi və "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" 2 avqust 2011-ci il tarixli qərarın ləğv edilərək Səyyar vergi yoxlaması Aktının nəticələrinə yenidən baxılması haqqında qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR