Bank Of Baku

Dövlət Gömrük Komitəsinin sədri: “Azərbaycanın yeni Gömrük Məcəlləsi Avropa İttifaqının standartlarına uyğun hazırlanıb”

Dövlət Gömrük Komitəsinin sədri: “Azərbaycanın yeni Gömrük Məcəlləsi Avropa İttifaqının standartlarına uyğun hazırlanıb”
# 19 sentyabr 2011 08:11 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, iqtisadi operatorlar gömrük rəsmiləşdirilməsini həyata keçirən özəl təşkilatlardır: “İqtisadi operatorluq lisenziyalaşdırılan fəaliyyət sahəsidir. Lisenziya yeni məcəlləyə uyğun olaraq Dövlət Gömrük Komitəsi tərəfindən veriləcək”.

Qeyd edək ki, indiyədək gömrük rəsmiləşdirilməsi prosesi ilə gömrük brokerləri də məşğul olurdu. İqtisadi operatorlar isə onların daha müasir forması olacaq.

A.Əliyevin sözlərinə görə, iqtisadi operatorların əməkdaşları xüsusi təlim keçməli və tələb olunan kriteriyalara cavab verməlidir: “Belə şirkətlərə lisenziya veriləndə onların kadr hazırlığının olması əsas rol oynayacaq”.

DGK sədri bildirib ki, əvvəlki Gömrük Məcəlləsi 14 il əvvəl qəbul olunmuşdu: “Bu müddət ərzində Azərbaycan çoxlu beynəlxalq konvensiyalara qoşulub. Yeni məcəllədə bütün bunlar nəzərə alınıb. Burada elektron imza və elektron bəyanetmə məsələləri, eləcə də digər məsələlər yer alıb. Yeni Gömrük Məcəlləsi Avropa İttifaqına üzv ölkələrin standartlarına uyğun hazırlanmış sənəddir. Onun müzakirəsində təkcə rəsmi qurumlar və parlament yox, həm də ictimai qurumlar və beynəlxalq təşkilatların nümayəndələri də iştirak edib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR