Bank Of Baku

Bakıda CAREC proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilir

Bakıda CAREC proqramının Gömrük Əməkdaşlığı Komitəsinin iclası keçirilir
# 19 sentyabr 2011 08:35 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Bu gün Bakıda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) proqramının Gömrük Əməkdaşlığı Komitəsinin X iclası işə başlayıb.

APA-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) və CAREC-in birgə təşkil etdiyi tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Əfqanıstan, Pakistan, Monqolustan və Çin gömrük xidmətinin əməkdaşları, eləcə də Asiya İnkişaf Bankı və digər beynəlxalq təşkilatların mütəxəssisləri iştirak edirlər.

İki gün davam edəcək iclas çərçivəsində 7 plenar sessiya keçiriləcək. Tədbirin ilk günü Gömrük Əməkdaşlıq Komitəsinin prioritet sahələri, TRS-in (Vaxt Sərfinin Araşdırılması) tətbiqinə dair görülmüş işlər, sərhəd xidmətlərinin regional təkmilləşdirilməsi barədə məruzələr dinləniləcək, eləcə də ticarətin asanlaşdırılması üzrə ortamüddətli prioritet layihələr müzakirə ediləcək.

İclasın ikinci günü isə enerji ticarətinə nəzarət məsələlərində əməkdaşlıq, CAREC Daşıyıcılar və Ekspeditorlar Assosiasiyaları, Gömrük Əməkdaşlığı Komitəsinin prioritet sahələrinə Gömrük Birliyinin mümkün təsiri barədə məruzələr dinləniləcək, eləcə də Gömrük Əməkdaşlığı Komitəsinin Proqramı və gələcək planları nəzərdən keçiriləcək, həmçinin iclasın bəyanatı müzakirə və təsdiq ediləcək.

Qeyd edək ki, iclas başa çatdıqdan sonra, sentyabrın 21-də tədbir iştirakçıları “bir pəncərə” prinsipinin tətbiqini canlı müşahidə etmək məqsədilə Xaçmaz Gömrük İdarəsinin Samur sərhəd-keçid məntəqəsinə səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR