Bank Of Baku

Beynəlxalq ekspertlər Azərbaycanın gömrük sistemində islahatları yüksək qiymətləndirir

Beynəlxalq ekspertlər Azərbaycanın gömrük sistemində islahatları yüksək qiymətləndirir
# 19 sentyabr 2011 10:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycan gömrük sahəsində aparılan islahatlara görə region ölkələri arasında aparıcı yerlərdən birini tutur. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan Asiya İnkişaf Bankı Şərqi Asiya Departamentinin məsul əməkdaşı Yinq Qian bildirib.

«Azərbaycan son vaxtlar xüsusilə gömrük xidmətlərinin modernləşdirilməsi sahəsində başqa ölkələrdən xeyli qabaqdadır. Buna misal kimi «vahid pəncərə»nin tətbiqini göstərmək olar. Və biz Azərbaycanın bu sahədəki təcrübəsini öyrənmək üçün bir neçə seminar keçirmişik», - deyə Bank rəsmisi vurğulayıb.

Gömrük sistemində görülən işlərin təqdirəlayiq olduğunu Ümumdünya Gömrük Təşkilatının texniki attaşesi Takaşi Matsumoto da bildirib: «Həyata keçirilmiş layihələr nəticəsində qaçaqmalçılıq və digər hüquqpozmaları faktları azalıb, ticarətin sadələşdirilməsi sahəsində böyük irəliləyişlər var, eyni zamanda dövlət büdcəsinə gəlirlərin həcmi artır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR