Bank Of Baku

Bu gün Barak Obama büdcə kəsirinin azaldılması ilə bağlı yeni planını təqdim edəcək

Bu gün Barak Obama büdcə kəsirinin azaldılması ilə bağlı yeni planını təqdim edəcək
# 19 sentyabr 2011 13:06 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ prezidenti Barak Obama yaxın 10 il ərzində büdcə kəsirinin 3 trln. dollar azaldılmasını nəzərdə tutan yeni plan hazırlayıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, prezident planını bu gün Ağ Evdə keçirəcəyi mətbuat konfransında açıqlayacaq.

Barak Obama büdcə kəsirini iri korporasiyalar və yüksək gəlirli fiziki şəxslər üçün vergilərin artırılması hesabına azaltmaq istəyir. Bu kateqoriyalar üçün vergiləri artırmaqla yaxın 10 il ərzində büdcə daxilolmalarının 1,5 trln. dollar artacağı gözlənilir.

Bundan başqa, Obamanın bu gün təqdim edəcəyi plan orta təbəqəyə hesablanmış sosial sığorta proqramını irimiqyaslı ixtisarlardan qorumağı nəzərdə tutur.

Qeyd edək ki, sentyabrın 30-da başa çatacaq 2011-ci maliyyə ilində ABŞ-ın büdcə kəsirinin 1,3 trln. dollar olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR