Bank Of Baku

«Xalq Kapital»ın lisenziyası dayandırılıb

«Xalq Kapital»ın lisenziyası dayandırılıb
# 19 sentyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın fond bazarında diler, broker və qiymətli kağızların idarə olunması ilə məşğul olan daha bir şirkətin fəaliyyəti dayandırılıb.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Xalq Kapital» MMC-nin broker, diler və qiymətli kağızların idarə olunması üzrə lisenziyanın fəaliyyəti dayandırılıb.

Beləliklə, hazırda qiymətli kağızlar bazarında 12 broker fəaliyyəti, 11 diler fəaliyyəti və 2 qiymətli kağızların idarə olunması, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası və 1 klirinq üzrə peşəkar fəaliyyətə verilmiş xüsusi razılıqlar (lisenziyalar) qüvvədədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR