Bank Of Baku

Azərbaycanda əsas kapitala xarici sərmayələr 42% artıb

Azərbaycanda əsas kapitala xarici sərmayələr 42% artıb
# 20 sentyabr 2011 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-avqust ayları ərzində xarici mənbələrdən Azərbaycanın əsas kapitalına yönəldilmiş vəsaitin həcmi 1,586 mlrd. manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən əsas kapitala yönəldilmiş xarici sərmayənin həcmi 42,4% çox olub.

«Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən cari ilin yanvar-avqust ayları ərzində əsas kapitala yönəldilmiş xarici vəsaitin 1 425,3 mln. manatı (89,9%-i) Böyük Britaniya, ABŞ, Yaponiya, Norveç, Türkiyə, Çexiya, Fransa, və Cənubi Koreya investorlarına məxsus olub», - deyə Komitədən bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR