Bank Of Baku

Yunanıstan avrozonadan çıxmaq üçün referenduma hazırlaşır

Yunanıstan avrozonadan çıxmaq üçün referenduma hazırlaşır
# 20 sentyabr 2011 08:12 (UTC +04:00)
APA-Economics”in Yunanıstan mətbuatına istinadən xəbərinə görə, xarici kreditorların və və sərt iqtisadiyyat tədbirlərindən narazı olan ölkə vətəndaşlarının təzyiqi ilə qəbul edilib.

Hökumət başçısı hesab edir ki, ümumxalq səsverməsinin yekunları Nazirlər Kabinetinə büdcə kəsirini və xarici borcu uğurla azaltmaq imkanı verəcək. Yunanıstanın avrodan imtina etməsinə dair referendum barədə qanun layihəsinin yaxın günlərdə parlamentin müzakirəsinə təqdim olunacağı bildirilir.

Hökumətin bu qərara gəlməsinə səbəb isə sentyabrın 19-da Avropa İttifaqının və Beynəlxalq Valyuta Fondunun Yunanıstana ayrılan kreditin 110 mlrd. avro həcmində növbəti tranşının verilməsi üçün 15 bənddən ibarət kəskin şərtlər irəli sürməsidir. Bu şərtlər arasında büdcə təşkilatlarında çalışanların ixtisarı, dövlət qulluqçularının əmək haqlarının azaldılması və ya dondurulması, səhiyyə xərclərinin azaldılması, istilik enerjisinə tariflərin artırılması, zərərlə işləyən dövlət müəssisələrinin ləğvi və özəlləşdirmə proqramının sürətləndirilməsi də var.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR