Bank Of Baku

Azərbaycanda RSI indeksi artıb

Azərbaycanda RSI indeksi artıb
# 20 sentyabr 2011 12:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2011-ci ilin avqust ayı üzrə 101,4% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici may ayının indeksindən 1,8 faiz bəndi çoxdur. Qeyd edək ki, iyul ayı üzrə indeks 99,6%, iyunda 97,1%, mayda 118,3%, apreldə 82,3%, martda 115,9%, fevralda 94,5%, yanvarda isə 73,5%-ə bərabər olub.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Cari ilin avqust ayında ümumi pərakəndə dövriyyəsi 1 325,5 mln. manat, iyulda 1 307,8 mln. manat, iyunda 1 312,8 mln. manat, mayda 1 348,2 mln. manat, apreldə 1 139,6 mln. manat, martda 1 384,4 mln. manat, fevralda 1 156,9 mln. manat, yanvarda isə 1 224,1 mln. manat təşkil edib.

İndeksin artması pərakəndə dövriyyənin artım tempinin aylıq müqayisədə bir qədər yüksəlməsi ilə bağlıdır. Eyni zamanda, indeksin 100%-dən artıq olması avqustda pərakəndə ticarət dövriyyəsinin iyul ayının göstəricisindən yüksək olmasını əks etdirir. Bunun bir səbəbi kimi yay aylarında, o cümlədən avqustda kənd təsərrüfatı malları üzrə qiymətlərin aşağı düşməsi nəticəsində bazarda ticarət əməliyyatlarının canlanmasını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR