Bank Of Baku

Bu günlərdə Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazişi imzalanacaq

Bu günlərdə Azərbaycan və Dünya Bankı arasında yeni kredit sazişi imzalanacaq
# 20 sentyabr 2011 12:26 (UTC +04:00)
Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, «Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi» DB-nın krediti və İsveçrə İqtisadi Əməkdaşlıq Katibliyinin (SECO) qrantı hesabına maliyyələşdirilir. Layihənin əsas məqsədi kapital bazarlarının infrastrukturunun təkmilləşdirilməsi, kapital bazarı alətlərinin istifadəsinin genişləndirilməsi və bütövlükdə müasir, beynəlxalq standartlara uyğun və optimal tənzimlənən qiymətli kağızlar bazarının formalaşdırılmasıdır. Layihənin icrası Azərbaycanda qiymətli kağızlar bazarının inkişafı Dövlət Proqramında (2011-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrasının dəstəklənməsidir.

Qeyd edək ki, sözügedən layihə üçün Dünya Bankının QKDK-ya 12 mln. ABŞ dolları məbləğində kredit ayıracağı gözlənilir.

Xatırladaq ki, layihənin icrasına SECO tərəfindən daha 3 mln. dollar ayrılacaq. Kapital bazarının modernləşdirilməsi layihəsi 2010-cu ildə müxtəlif beynəlxalq donor təşkilatlarının maliyyələşdirdiyi və DB tərəfindən idarə edilən «FIRST Initiative» proqramı tərəfindən Azərbaycanda kapital bazarının inkişafı strategiyasının bir hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR