Bank Of Baku

Azərbaycan İpoteka Fondu bu il üçün elan etdiyi istiqraz emissiyasının son tranşını hərraca çıxarır

Azərbaycan İpoteka Fondu bu il üçün elan etdiyi istiqraz emissiyasının son tranşını hərraca çıxarır
# 20 sentyabr 2011 13:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Sentyabrın 22-də Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının növbəti tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılacaq. Yerləşdirmə kütləvi təklif üsulu ilə BFB vasitəsi ilə keçiriləcək. İstiqrazlar 100,5667% qiyməti ilə satışa çıxarılacaq.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2017-ci ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli adlı sənədsiz təmin edilmiş istiqrazlarının emissiya prospekti ötən ilin noyabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 60 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir. Bu istiqrazların yerləşdirilməsinə 2011-ci il yanvarın 17-də başlanılıb və indiyədək 57 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, bundan öncə AİF ümumi həcmi 55 mln. manat (2009-cu il) və 75 mln. manat (2010-cu il) məbləğində faizli adlı sənədsiz təmin edilməmiş ipoteka istiqrazları buraxıb. Sözügedən hər iki emissiya tam yerləşdirilib. Göründüyü kimi, yeni – 3-cü istiqraz emissiyasının buraxılışı təmin edilmiş olub, bu da ölkənin fond bazarında yeni alətin çıxması deməkdir. Hazırda Azərbaycan qiymətli kağızlar bazarında Maliyyə Nazirliyinin istiqrazları, Mərkəzi Bankın notları, İpoteka Fondunun istiqrazları (təmin olunmamış), korporativ istiqrazlar, veksellər, səhmlər və bu kimi digər alətlər mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR