Bank Of Baku

«DəmirBank»ın aktivləri son bir ildə 16% artıb

«DəmirBank»ın aktivləri son bir ildə 16% artıb
# 20 sentyabr 2011 13:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «DəmirBank» ASC-nin aktivləri 2011-ci il sentyabrın 1-nə 330,6 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün analoji göstəricisi ilə müqayisədə 45,9 mln. manat və ya 16,1% çoxdur.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, müştərilərə verilən kreditlərin həcmi bu dövr ərzində 37,8 mln. manat və ya 18,1% artaraq 246,8 mln. manata çatıb.

Bankın depozit portfeli 126 mln. manat, o cümlədən əhalinin əmanətlərinin həcmi 96,3 mln. manat təşkil edib. Əmanətlər üzrə illik artım tempi 17%-ə bərabər olub.

Bankın nizamnamə kapitalı sentyabrın 1-nə 20 mln. manat, məcmu kapitalı isə 48,5 mln. manat təşil edib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları - Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR