Bank Of Baku

Avropa Mərkəzi Bankının rəsmisi: “Yunanıstanın defolt elan etməsi istisna olunmur”

Avropa Mərkəzi Bankının rəsmisi: “Yunanıstanın defolt elan etməsi istisna olunmur”
# 23 sentyabr 2011 11:26 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın borclarını ödəmək qabiliyyətində olmaması situasiyasının yaranmasını daha istisna etmək mümkün deyil. “APA-Economics”in xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü Klaas Knot Hollandiya KİV-nə müsahibəsində bildirib.

“Bu, hadisələrin mümkün inkişaf ssenarilərindən biridir. Mən demirəm ki, Yunanıstanı mütləq müflisləşmə gözləyir” - deyə K.Knot qeyd edib. O etiraf edib ki, uzun müddət bu vəziyyətin yaranacağına inanmayıb: “Təəssüf ki, Afinadan gələn xəbərləri sevindirici hesab etmək olmur”.

AMB rəsmisi hazırda Yunanıstanın müflisləşməsinə imkan verməmək üçün bütün zəruri tədbirlərin görüldüyünü vurğulayıb. O, həmçinin Yunanıstanı sərt tənqid edərək, onun “yaranmış situasiyanın nə dərəcədə ciddi olması haqda özünə hesabat vermədiyini” söyləyib. Bununla da K.Knot Yunanıstanın defolt təhlükəsi ilə üzləşdiyini etiraf edən ilk AMB rəsmisi olub.

Qeyd edək ki, Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın xarici borcu 300 mlrd. dolları ötür. Bu, avrozona ölkələri arasında ən yüksək göstəricidir. Yunanıstanın dövlət borcu Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR