Bank Of Baku

Azərbaycanda xidmətlər indeksi azalıb

Azərbaycanda xidmətlər indeksi azalıb
# 23 sentyabr 2011 12:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhaliyə göstərilən pullu xidmətlər indeksi 2011-ci ilin avqust ayı üzrə 100,8% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici iyul ayı ilə müqayisədə 8,1 faiz bəndi azalıb.

Xidmətlər indeksi hesabat ayı ərzində pullu xidmətlərin həcminin əvvəlki ayın eyni göstəricisinə bölünməsi yolu ilə hesablanır. İndeksin azalması hesabat ayı ərzində əhaliyə göstərilən xidmətlərin həcminin aylıq artım tempinin azalmasından xəbər verir. Eyni zamanda, indeksin 100%-dən yüksək olması hesabat ayında xidmətlərin pul ifadəsində həcminin əvvəlki ayla müqayisədə artmasını göstərir.

Belə ki, iyul ayında əhaliyə 457,8 mln. manat həcmində pullu xidmətlər göstərilibsə, avqustda bu göstərici 461,5 mln. manata çatıb. Müqayisə üçün bildirək ki, iyunda bu göstərici 420,3 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR