Bank Of Baku

«Rəvan Sığorta» şirkətində ciddi kadr dəyişikliyi aparılıb

«Rəvan Sığorta» şirkətində ciddi kadr dəyişikliyi aparılıb
# 29 sentyabr 2011 10:34 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Fuad Səfərov bildirib.

F.Səfərovun sözlərinə görə, əvvəllər şirkətin İdarə Heyətinin sədri vəzifəsini icra edən Səid Hüseynov və müavinləri tutduğu vəzifədən azad ediliblər.

F.Səfərov bildirib ki, həmin vəzifəyə təyinatın yaxın günlərdə olacağı gözlənilir: «Artıq bu məsələ Maliyyə Nazirliyi ilə də razılaşdırılıb. Yaxın günlərdə sədrin təyinatı ilə bağlı müvafiq əmrin verilməsi gözlənilir».

Qeyd edək ki, hazırda şirkətin İdarə Heyətinin sədri vəzifəsini F.Səfərov, sədr müavini vəzifəsini isə Bəxtiyar Bəşirov icra edir. Şirkətdəki mənbələrə əsasən, İdarə Heyətinin sədri vəzifəsində F.Səfərovun namizədliyinin tədiqlənəcəyi gözlənilir.

Xatırladaq ki, «Rəvan Sığorta» şirkəti 1998-ci ildə «Double Insurance Company» QSC kimi fəaliyyətə başlayıb. Daha sonra, 2004-cü ildə təsisçilərin dəyişməsi ilə əlaqədar şirkətin adı «Star Alyans Sığorta Şirkəti» QSC-yə çevrilib. Şirkətin formalaşmasının sonuncu mərhələsi isə 2007-ci ilə təsadüf edir. Belə ki, həmin il şirkət «Nurgun Holding»in tərkibinə daxil olur və 2009-cu ildə adı «Rəvan Sığorta» ASC-yə dəyişdirilir.

Cari il sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 3 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR