Bank Of Baku

Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda adambaşına ÜDM-ə görə ikincidir

Azərbaycan Qafqaz və Mərkəzi Asiya regionunda adambaşına ÜDM-ə görə ikincidir
# 28 oktyabr 2011 14:08 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu rəqəmlər Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və Mərkəzi Asiya regionu ilə bağlı son icmalında əksini tapıb.

İcmala əsasən, 2010-cu ildə Azərbaycanda bu göstərici 6 008 ABŞ dolları təşkil edib. Qazaxıstan isə adambaşına 9 009 dollarlıq ÜDM göstəricisi ilə birinci yerdə qərarlaşıb. Bu regionda ÜDM-in adambaşına həcminə görə sonrakı yerləri Türkmənistan (3 677 dollar), Ermənistan (2 840 dollar), Gürcüstan (2 629 dollar), Özbəkistan (1 380 dollar), Qırğızıstan (843 dollar) tutur, sonuncu yerdə isə Tacikistan qərarlaşıb (734 dollar).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR