Bank Of Baku

Qazaxıstan Hesablama Komitəsinin sədri Azərbaycana səfər edəcək

Qazaxıstan Hesablama Komitəsinin sədri Azərbaycana səfər edəcək
# 31 oktyabr 2011 09:25 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Qazaxıstan Respublika Büdcəsinin icrasına nəzarət üzrə Hesablama Komitəsinin sədri Omarxan Oksikbayev Azərbaycana səfər edəcək. APA-nın “Kazinform”a istinadən yaydığı məlumata görə, səfər Azərbaycan Hesablama Palatasının sədri Heydər Əsədovun dəvəti ilə gerçəkləşir.

Səfərdə məqsəd noyabrın 2-3-də Bakıda keçiriləcək Azərbaycan Hesablama Palatasının yaradılmasının 10 illiyinə həsr olunmuş “Maliyyə vəsaitlərinin idarə olunması sisteminin effektivliyinin artırılmasında dövlət maliyyə nəzarəti ali orqanının rolu” adlı beynəlxalq elmi-praktik konfransda iştirak etməkdir. Tədbirə MDB ölkələri və Türkiyənin Hesablama Palatalarının rəhbərləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR