Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32,2 mlrd. dolları ötüb

Azərbaycan Dövlət Neft Fondunun aktivləri 32,2 mlrd. dolları ötüb
# 31 oktyabr 2011 12:43 (UTC +04:00)
Fonddan «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 668,4 mln. manat, o cümlədən mənfəət nefti və qazının satışından 11 476,3 mln. manat təşkil edib.

Bundan başqa, «Şahdəniz-I» fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 mln. manat, Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsi üzrə dividendlərdən 66,8 mln. manat, tranzit gəlirləri 5,5 mln. manat, akrhesabı ödənişlər 1,2 mln. manat, bonus ödənişləri 15,7 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,2 mln. manata bərabər olub.

Ötən 9 ay ərzində ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,9 mln. manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 4 021 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,2 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 144,5 mln. manat və 10,5 mln. manat vəsait ayrılıb. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının (2007-2015-ci illər) maliyyələşdirilməsinə Neft Fondundan 5,9 mln. manat ayrılıb, 85,5 mln. manat Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu ilin 9 ayı ərzində Fondun idarə edilməsi ilə bağlı xərclər 10,1 mln. manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-in büdcədənkənar xərci 258,8 mln. manat təşkil edib.

Nəticədə, 2011-ci il oktyabrın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə nisbətən 41,6% artaraq 32 242,5 mln. dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR