Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətlərinin həcmi 1 mld. dolları ötüb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətlərinin  həcmi 1 mld. dolları ötüb
# 31 oktyabr 2011 13:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) 2011-ci ilin aprel-sentyabr ayları ərzində əhalidən 128 mln. manat həcmində depozit cəlb edib. Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, nəticədə, əhalinin ABB-də olan vəsaitlərinin ümumi həcmi 1,125 mlrd. dollara çatıb.

Qeyd edək ki, ABB-nin aktivlərinin həcmi 2011-ci il iyul ayının 1-nə 4 951,302 mln. manat, kredit portfeli 3 011,427 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 400,865 mln. manat, depozit portfeli 2 287,789 mln. manat təşkil edib. Bankın məcmu kapitalı 498,018 mln. manat, o cümlədən nizamnamə kapitalı 240 mln. manat olub.

Xatırladaq ki, Azərbaycan və regionun ən iri bank kredit təşkilatı olan ABB 1992-ci ildən fəaliyyət göstərir. Bankın nizamnamə kapitalında dövlətin iştirak payı 50,2% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR