Azərbaycan Dövlət Neft Fondu qızıl, daşınmaz əmlak və səhmlərə investisiya yatıracaq
Qaydalara dəyişikliklərin edilməsi nəticəsində baş verən ən böyük yenilik ARDNF-in vəsaitlərinin 95%-nin dollar, avro və funt sterlinqində yerləşdirilməsi ilə bağlı tələbin ləğv edilməsidir. Qeyd edək ki, əvvəlki qaydaya əsasən, fondun vəsaitlərinin 95%-i adı çəkilən valyutalarda, qalan hissə isə digər valyutalarda saxlana bilərdi.
Bundan başqa, Dövlət Neft Fondunun vəsaitlərinin valyutalarında yerləşdirilə bilən ölkələrin siyahısı da dəyişib. Əvvəlki qaydalara görə, Fondn vəsaitləri G7 (ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, həmçinin «A» («Standard and Poors» və «Fitch») və ya «A2» («Moody’s») kredit reytinqindən aşağı olmayan uzunmüddətli ölkə (suveren borc) reytinqinə malik olan dövlətlərin valyutalarında ifadə olunmuş aktivlərə (vəsaitlərin 95%-nin dollar, avro və funt sterlinqdə olması şərti ilə) yerləşdirilə bilərdi.
Dəyişikliklərdən sonra isə Neft Fondunun vəsaitləri sadalanan ölkələrdən əlavə, Rusiya və Türkiyə valyutalarına da yatırıla bilər, özü də 95%-lik hədd olmadan. Maraqlıdır ki, Rusiya və Türkiyə milli valyutaları etibarlılıq dərəcəsinə görə yuxarıda sadalanan ölkələrə bərabər tutulub – yeni qaydalarda bu ölkələrin valyutalarına vəsaitlərin yatırılması üçün onların kredit reytinqi ilə bağlı tələblər yoxdur.
Fondun valyuta vəsaitlərinin yerləşdirilməsinə (investisiya istiqamətlərinə) də ciddi dəyişikliklər edilib. Belə ki, indi ARDNF-in vəsaitləri, əvvəllər nəzərdə tutulan istiqamətlərdən başqa, daşınmaz əmlaka, qızıl külçələrə (London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr) də yatırıla bilər.
Qeyd edək ki, qaydaların əvvəlki variantında Fondun vəsaitlərinin qiymətli metallar və daşlara, eləcə də daşınmaz əmlaka yatırılması qadağan edilirdi. Amma son vaxtlar dünyanın maliyyə və fond bazarlarındakı qeyri-sabitlik fonunda qızılın investisiya aləti kimi populyarlaşması və qiymətinin kəskin artması müşahidə edilir. Bununla əlaqədar olaraq, artıq bir neçə aydır ki, Azərbaycanda ekspertlər səviyyəsində Neft Fondunun vəsaitlərinin bir hissəsinin qızıl aktivlərində saxlanması ideyası müzakirə olunur. Ekspertlər, o cümlədən, Azərbaycanda qızılı hasilatı ilə məşğul olan şirkətlərin rəhbərləri vəsaitlərin bir hissəsinin qızılda saxlanmasının məqsədəuyğun olduğunu bildirirlər.
Fondun investisiya istiqamətlərinə daşınmaz əmlakın əlavə edilməsi isə son illər dünyada, xüsusilə Avropada daşınmaz əmlakın kəskin ucuzlaşması və artım potensialının olması ilə əlaqədardır.
Xatırladaq ki, bir neçə gün əvvəl prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 9 aylıq yekunlarına həsr olunmuş iclasında dövlət başçısı Azərbaycanın Avropa ölkələrinə investisiya yatırması ilə bağlı ilkin planlarını açıqlayaraq ölkənin valyuta ehtiyatlarının bir hissəsinin daşınmaz əmlaka yönəldiləcəyini bildirib: «Avropa İttifaqı məkanında investisiya imkanları araşdırılır və artıq ilkin addımlar atılır. Biz maliyyə resurslarımızın şaxələndirilməsi üçün gərək valyuta ehtiyatlarımızın bir hissəsini daşınmaz əmlaka yönəldək. Dünya miqyasında indi belə araşdırmalar aparılır, ilkin addımlar atılıb».
Dəyişikliklərə əsasən, ARDNF-in vəsaitləri beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlərə də yatırıla bilər.
Bundan başqa, əvvəllər Neft Fondunun vəsaitləri beynəlxalq maliyyə təşkilatları (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və s.) tərəfindən buraxılmış qiymətli kağızlar və borc öhdəliklərinə yatırıla bilərdisə, indi bu tələblər sərtləşdirilib. Yeni qaydalara görə, beynəlxalq təşkilatların yalnız o öhdəliklərinə vəsait yatırıla bilər ki, onlar investisiya dərəcəli kredit reytinqinə («Standard & Poors», «Fitch» və ya «Moody’s») malik olsunlar.
Nəhayət, dəyişikliklərə əsasən, Neft Fondunun pulları qeyri-investisiya reytinqinə malik, lakin reytinqi «BB-» («Standard & Poors», «Fitch») və ya «Ba3» («Moody’s») kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlərə də qoyula bilər, bir şərtlə ki, bu investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmasın.
Şübhə yoxdur ki, bu addımın atılması dünya iqtisadiyyatında baş verən proseslər, ABŞ-ın kredit reytinqinin aşağı salınması, ABŞ-ın defolt təhlükəsinin aradan qaldırılması üçün bazara külli miqdarda dollar kütləsinin çıxarılması, eləcə də maliyyə sistemində dolların mövqeyenin zəifləməsi, eləcə də Avrozonaya daxil olan bəzi ölkələrin müflisləşmə təhlükəsi ilə üzləşməsi və bunun qarşısının alınması üçün maliyyə sisteminə əlavə vəsaitlərin buraxılması və s. amillərlə bağlıdır.
Maliyyə
İranda banklara növbəti kiberhücum olub
Azərbaycanda yeni BOKT yaradılıb
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Xəbər Lenti
Ermənistan 2030-cu ilə qədər Azərbaycan və Türkiyə ilə sərhədlərin açılacağına ümid edir
Ağcabədidə itkin düşən yeniyetmələr tapılıb - YENİLƏNİB-1
Sumqayıt sakini İsmayıllıda ekskavatorun altında qalaraq ölüb
Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərinin apellyasiya məhkəməsi davam etdirilib - FOTO
Laçında minaaxtaran peşəsi üzrə vakansiyalar təqdim edilib
Bakıda övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb
Putin: Moskva İstanbulda əldə edilmiş razılaşmalar əsasında Ukrayna ilə danışıqlara hazırdır
İƏT Pİ Baş Komitəsinin 27-ci sessiyası keçirilib
Türkiyə parlamentinin sədri Azərbaycana gəlib
Livan Prezidenti: İsraillə danışıqların yeni mərhələsi həlledici ola bilər
Hakan Fidan Azərbaycan səfiri ilə görüşüb
İran bütün ölkə ərazisi üzərində hava uçuşlarını tam bərpa edib
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 700 ton buğda göndərilib - YENİLƏNİB - FOTO
Tehranda Əli Xameneinin vida mərasimi ilə əlaqədar üç günlük tətil elan ediləcək
PA Vətəndaş Qəbulu Mərkəzində iyul ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Vaşinqtonda İsrail-Livan birbaşa danışıqlarının növbəti raundu başlayıb
İran və Oman Hörmüz boğazı üzrə birgə işçi qrupu yaradacaq
Kəmaləddin Heydərov III Dünya Korporativ Oyunlarında uğur qazanmış FHN komandalarının üzvləri ilə görüşüb - VİDEO
Azərbaycan, Serbiya və Türkiyə arasında media sahəsi üzrə təcrübə mübadiləsi keçirilib
Putin: Ukrayna Rusiyaya zərbələri ilə enerji təchizatını pozmağa və turizmə təsir göstərməyə çalışır
"Aeroflot"un keçmiş baş direktoru saxlanılıb
Albert Aqarunova qarşı əsassız kampaniya: Süni ajiotajın arxasında nə dayanır? - ŞƏRH
Türkiyədə silah-sursat anbarında partlayış olub, ölənlər var
Azercell və "Samsung"dan yeni kampaniya!
Prezident bir qrup dövlət qulluqçusunu təltif edib - SİYAHI
Ukrayna ordusu Krımda dəmir yolu körpüsünə dron zərbəsi endirib
İranda banklara növbəti kiberhücum olub
"Bloomberg": Əhməd Əl Şaraa NATO sammiti zamanı Ankaraya səfər edə bilər
Prezident İlham Əliyevin sosial media hesabında Şuşada uşaqlarla görüş barədə paylaşım edilib - VİDEO
İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ
Məhkəmə Ekspertizası Mərkəzi ilə BDU arasında memorandum imzalanıb
Azərbaycanda yeni BOKT yaradılıb
Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Slovakiyada səfərdə olub
Türkiyə ilə Ermənistan arasında dəmir və avtomobil yollarının bərpası işləri müzakirə olunub
"Politico": Ursula von der Leyen yenidən Ermənistana səfər edəcək
Tramp: Dünən Hörmüz boğazından 19 milyon barel neft daşınıb, bu, rekorddur
FHN DGK əməkdaşları üçün maarifləndirmə tədbiri keçirib - VİDEO
İnsan Alveri Qurbanlarına Yardım Mərkəzində 23 nəfərə reabilitasiya xidməti göstərilib
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
Tramp İranın nüvə obyektlərinin yoxlanılmasına tam razılıq verdiyini bildirib
EBRD Trans-Xəzər dəhlizinin inkişafına 230 milyon avro ayırır
Rusiya Gürcüstanın Milli Qəhrəmanının ölümünə görə kompensasiya ödəməli olacaq
Sabah bütün sosial yardımlar ödəniləcək
Türkmənistan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
Baş Prokurorluqda dövlət qulluqçularının peşə bayramı günü münasibətilə tədbir keçirilib
Azərbaycan və Türkmənistan prezidentləri Şuşada birgə nahar ediblər