Bank Of Baku

«Expressbank» filial şəbəkəsini genişləndirir

«Expressbank» filial şəbəkəsini genişləndirir
# 01 noyabr 2011 13:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Expressbank» ASC-nin Bakı şəhəri, Azadlıq prospekti,108 ünvanda «Azadlıq» adlı filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial fərdi və korporativ müştərilərə hesab açılması, depozit qəbulu, istehlak kreditləri, avtokreditlər, biznes kreditləri, plastik kartla əməliyyatlar, kommunal və mobil rabitə ödənişləri, valyuta mübadiləsi və digər bank xidmətləri göstərir.

Həmçinin, əməliyyatçıların xidmət keyfiyyətinin ölçülməsi məqsədi ilə filialda növbənin elektron idarə edilməsi sistemi olan «Q-matic» sistemi tətbiq edilib.

Bankdan həmçinin bildirib ki, yaxın müddət ərzində bankın «Mərkəz» filialı və «Bakı» şöbəsi fəaliyyətə başlayacaq. Həmçinin, Nizami rayonunda «Neftçilər» filialının açılması planlaşdırılır.

Ümumilikdə, hazırda bankın ölkə üzrə 9 filialı fəaliyyət göstərir ki, onlardan 6-sı regionlardadır. Bununla yanaşı, bankın 4 şöbəsi, 49 bankomatı və 22 POS-terminalı da mövcuddur.

Xatırladaq ki, «Expressbank» ASC 1989-cu ildən 2010-cu ilin mart ayınadək «Azərnəqliyyatbank» adı ilə fəaliyyət göstərib. Bankın səhmlərinin 100%-i yerli hüquqi şəxslərə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR