Bank Of Baku

Azərbaycanda ilin sonunadək maaşlar artırılacaq

Azərbaycanda ilin sonunadək maaşlar artırılacaq
# 01 noyabr 2011 13:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin 2012-ci il üçün açıqladığı dövlət büdcəsinin layihəsində bildirilir.

Büdcə layihəsinin xərclər hissəsinin «Sosial müdafiə və sosial təminat» bölməsində bildirilir ki, 2012-ci ilin büdcəsində 2011-ci ildə əmək haqları və pensiyaların, sosial müavinət və təqaüdlərin artırılması ilə yanaşı, 2011-ci ilin sonunadək gözlənilən artımların tətbiqi üçün də vəsait nəzərdə tutulub.

Maliyyə Nazirliyində bunu təsdiqləyərək ilin sonunadək büdcə təşkilatlarında çalışanların bir hissəsinin əmək haqlarının artırılacağını bildiriblər: «Bir qədər əvvəl Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin əməkdaşlarının maaşları artırılıb, bu proses ilin sonunadək bəzi başqa sahələri də əhatə edəcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR