Bank Of Baku

Maliyyə Nazirliyi noyabrda növbəti test imtahanı keçirəcək

Maliyyə Nazirliyi noyabrda növbəti test imtahanı keçirəcək
# 03 noyabr 2011 11:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığorta sahəsi üzrə təşkil olunan imtahanda iştirak etmək üçün müraciət etmiş, lakin adları imtahan siyahısına daxil edilməmiş şəxslər üçün noyabr ayının 11, 15 və 17-də növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən (DSNX) «APA-Economics»ə verilən məlumata görə, sənədləri tam olaraq təqdim olunmuş şəxslər noyabr ayının 3-dək DSNX ilə əlaqə saxlayaraq imtahanda iştirak edəcəklərini təsdiq etməlidir.

Qeyd edək ki, imtahan «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR