Bank Of Baku

«Bank VTB Azerbaijan» ilin sonunadək aktivlərini 65 mln. manata çatdıracaq

«Bank VTB Azerbaijan» ilin sonunadək aktivlərini 65 mln. manata çatdıracaq
# 03 noyabr 2011 12:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiya «VTB Group»una daxil olan «Bank VTB Azerbaijan» ASC bu il aktivlərini 62,5% artıraraq 65 mln. manata çatdırmaq niyyətindədir. Bunu «APA-Economics»ə açıqlamasında «VTB Azerbaijan»ın İdarə Heyətinin üzvü Şahin Mirzəyev bildirib.

Ş.Mirzəyevin sözlərinə görə, ilin sonunadək bankın depozit portfelinin təxminən 3 mln. manata çatacağı, zərərin isə 3 mln. manatdan az olacağı gözlənilir.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı tərəfindən «Bank VTB Azərbaycan» ASC-yə lisenziya 2009-cu ilin martında verilib. Bankın səhmdarları sırasında «VTB Bank» ASC-nin payı 51%, «AtaHolding» Şirkətlər Qrupunun payı 48,99%, fiziki şəxslərin payı isə 0,01% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR