Bank Of Baku

Bakıda Bankçılıq Akademiyası fəaliyyətə başlayıb

Bakıda Bankçılıq Akademiyası fəaliyyətə başlayıb
# 03 noyabr 2011 13:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda Türkiyə «YapıKredi Bankı»nın tərkibində fəaliyyət göstərən YapıKredi Bankçılıq Akademiyası fəaliyyətə başlayıb. «APA-Economics»in məlumatına görə, bundan sonra «YapıKredi Bank Azərbaycan» QSC-nin əməkdaşları Akademiyanın «YapıKredi Bankı»n strategiyasına uyğun işləyib hazırlanmış qabaqcıl tədris proqramları əsasında təhsil alacaqlar.

Hazırda YapıKredi Bankçılıq Akademiyası tərəfindən «YapıKredi Bank Azərbaycan»ın inkişafı istiqamətində «YapıKredi Azərbaycan İnkişaf Proqramı» hazırlanıb. Yaxın günlərdə bankın bütün əməkdaşlarının iştirakı ilə həmin proqramın tətbiqinə başlanılacaq.

Qeyd edək ki, Türkiyənin YapıKredi Bankçılıq Akademiyası 2008-ci ilin əvvəlində fəaliyyətə başlayıb. Akademiya bankçılıq, fərdi inkişaf, liderlik və sosial məsuliyyət istiqamətlərində təhsil və təkmilləşmə proqramları həyata keçirir.

Hazırda Akademiya «Koç Holding»in maliyyə sektorunda fəaliyyət göstərən şirkətlərin 17 min əməkdaşına, müştərilərinə və universitet tələbələrinə təhsil verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR