Bank Of Baku

«Kapital Bank»ın faiz mənfəəti kəskin azalıb

«Kapital Bank»ın faiz mənfəəti kəskin azalıb
# 03 noyabr 2011 13:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında «Kapital Bank» ASC-nin əldə etdiyi mənfəətin həcmi 3,963 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 13% artaraq 57,864 mln. manata, o cümlədən faiz gəlirləri 35,6% artaraq 28,696 mln. manata, qeyri-faiz gəlirləri isə 21% artaraq 29,168 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 12% artaraq 53,901 mln. manat, o cümlədən faiz xərcləri 76% artaraq 20,637 mln. manat, qeyri-faiz xərcləri isə 8,8% azalaraq 33,264 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 49% azalaraq 8,059 mln. manat, qeyri-faiz zərəri isə 67% azalaraq 4,096 mln. manat olub.

Xatırladaq ki, «Kapital Bank» ASC 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 412 bankomatı, 424 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR