Bank Of Baku

«Xalq Bank» son bir ildə kredit portfelini 16% genişləndirib

«Xalq Bank» son bir  ildə kredit portfelini 16% genişləndirib
# 03 noyabr 2011 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci il oktyabrın 1-nə 532,012 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 16% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 95% artaraq 199,941 mln. manata, 12 aydan artıq müddətə verilən kreditlər 6,8% azalaraq 332,071 mln. manata, istehlak kreditləri isə 44% artaraq 21,524 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın ipoteka kreditlərinin həcmi (Azərbaycan İpoteka Fondunun xətti ilə) 30% artaraq 19,319 mln. manat, vaxtı keçmiş kreditlərin həcmi isə 34% artaraq 14,292 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari il oktyabrın 1-nə bankın ölkə üzrə 15 filialı, 31 bankomatı, 54 POS-terminalı və 406 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR