Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi oktyabrda 0,03% enib

Azərbaycanda dolların birja məzənnəsi oktyabrda 0,03% enib
# 03 noyabr 2011 14:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin oktyabr ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,03% yüksəlib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında ABŞ dollarının məzənnəsi 0,7863 AZN-dən 0,7861 AZN-dək enib. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi oktyabr ayında 0,7864 AZN-ə bərabər olub. Halbuki, sentyabr ayında bu göstərici 0,7866 AZN təşkil edib.

Xatırladaq ki, bu ilin oktyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 11 bankın iştirakı ilə 88,672 mln. manat həcmində 29 alqı-satqı əqdi qeydə alınıb. Bu isə sentyabr ayı ilə müqayisədə 2 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR