Bank Of Baku

Serbiya prezidenti Azərbaycanın iqtisadi inkişaf nazirini qəbul edib

Serbiya prezidenti Azərbaycanın iqtisadi inkişaf nazirini qəbul edib
# 04 noyabr 2011 08:05 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Dünən Serbiya prezidenti Boris Tadiç Belqradda səfərdə olan Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayevi qəbul edib. “APA-Economics”in xəbərinə görə, bu barədə Serbiya prezidentinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə ikitərəfli münasibətlərə aid bir sıra məsələlər, o cümlədən Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub.

Qeyd edək ki, Şahin Mustafayev ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Serbiya hökumətlərarası komissiyasının sədridir. Komissiyanın ilk iclası bu gün Belqradda keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR