Bank Of Baku

«United Credit Bank» son bir ildə depozit portfelini 33% artırıb

«United Credit Bank» son bir ildə depozit portfelini 33% artırıb
# 04 noyabr 2011 08:25 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «United Credit Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 45,523 mln. manat təşkil edib ki, bu da ötən ilin oktyabrın 1-nə olan göstərici ilə müqayisədə 14% çoxdur.

Bankın İdarə Heyətinin sədr müavini Vahid Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə bankın kredit portfeli 12% artaraq 35,387 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 27% artaraq 15,249 mln. manata, depozit portfeli 33% genişlənərək 17,901 mln. manata, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 35% artaraq 11,885 mln. manata çatıb.

Təhlil aparılan dövr ərzində bankın məcmu kapitalı 7,5% artaraq 13,313 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 12,108 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 29% artaraq 3,004 mln. manat, o cümlədən faiz gəlirləri 2,587 mln. manat, qeyri-faiz gəlirləri isə 0,418 mln. manat olub. Həmçinin, bankın ümumi xərcləri 34% azalaraq 3,670 mln. manata, o cümlədən faiz xərcləri 2,109 mln. manat, qeyri-faiz xərcləri isə 1,561 mln. manata çatıb. Nəticədə, son bir ildə bankın zərəri təxminən iki dəfə azalaraq 0,666 mln. manat təşkil edib.

Xatırladaq ki, təsisçisi 1 hüquqi və 2 fiziki yerli şəxs olan «United Credit Bank» ASC 1996-cı ildə «Rossiyskiy Kredit» Rusiya-Azərbaycan Kommersiya Bankı kimi yaradılıb və 1998-ci ildə brendini dəyişib. Cari ilin oktyabrın 1-nə bankın 6 filialı, 5 bankomatı, 39 POS-terminalı və 127 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR