Bank Of Baku

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün büdcəsinin layihəsi parlamentin plenar iclasına tövsiyə olunub

Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il üçün büdcəsinin layihəsi parlamentin plenar iclasına tövsiyə olunub
# 04 noyabr 2011 11:25 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, komitənin iclasında çıxış edən DSMF sədri Səlim Müslümov Fondun gələn ilki büdcəsi barədə ətraflı məlumat verib.

Qeyd edək ki, Fondun gəlir və xərcləri 2012-ci il üçün 2 454,3 mln. manat həcmində nəzərdə tutulur. Fondun gəlirləri strukturunda 1 407,5 mln. manatı və ya 57,4%-ni məcburi dövlət sosial sığorta haqları, 1 044,3 mln. manatı və ya 42,55%-ni dövlət büdcəsindən ayırmalar və 2,5 mln. manatı və 0,05%-ni sair gəlirlər təşkil edəcək.

Fondun xərcləri strukturunda 2 322,540 mln. manatı və ya ümumi xərclərin 94,6%-ni əmək pensiyaların ödənilməsinə yönəldiləcək. Bundan başqa 18,850 mln. manatı və ya xərclərin 0,8%-ni pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, 15,660 mln. manatı və ya 0,6%-ni sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclər, 21,6 mln. manatı və ya 0,9%-ni Fondun mərkəzi aparatının saxlanması üzrə xərclər, 3 mln. manatı və ya 0,1%-ni «Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiya arasında Maliyyələşdirmə Sazişi» üzrə xərclərin maliyyələşdirilməsinə dair xərclər, 1,430 mln. manatı və ya 0,06%-ni «2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı» üzrə xərclər, 40 min. manatı isə beynəlxalq təşkilatlara üzvlük haqların ödənilməsinə üzrə xərclər təşkil edəcək.

İclasda çıxış edən parlamentin vitse-spikeri Bahar Muradova isə bildirib ki, Azərbaycanda qaşıya qoyulan əsas məqsədlərdən biri olan vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət hesabına təminat alan vətəndaşların rifahının artırılması istiqamətlərində gələn dövrlərdə bir sıra addımlar atılacaq.

İclasın yekununda qanun layihəsinin parlamentin plenar iclasına çıxarılması tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR