Bank Of Baku

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindəki həddə çatıb

Azərbaycanda bank aktivlərinin həcmi ilin əvvəlindəki həddə çatıb
# 04 noyabr 2011 12:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların aktivlərinin ümumi həcmi 2011-ci il sentyabrın 1-nə 13 302,82 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ilin əvvəlindən bank aktivlərinin həcmi 12,01 mln. manat və ya 0,1% artıb. Beləliklə, aktivlərin həcmi yenidən ilin əvvəlində olan göstəriciyə çatıb:




Aktivlərin strukturunda müştərilərə verilən kreditlərin həcmi sentyabrın 1-nə 8 621,3 mln. manat (xüsusi çəkisi 64,8%), müxbir hesablar 851,3 mln. manat (6,4%), investisiyaların həcmi 1 275,3 mln. manat (9,6%), nağd vəsaitlər 607,2 mln. manat (4,6%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 574,7 mln. manat (4,3%), digər aktivlər isə 1 373,1 mln. manat (10,3%) təşkil edib.

Kommersiya banklarının passivlərinin 82,5%-i bankların öhdəliklərinin payına düşür. Belə ki, bankların öhdəliklərinin həcmi 10 973,58 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 5 832,5 mln. manat həcmində depozitlər, 4 366,4 mln. manat həcmində maliyyə sektorundan alınmış kredit və depozitlər, 774,6 mln. manat həcmində digər öhdəliklərdir. Bankların məcmu kapitalı 2011-ci ilin sentyabrın 1-nə 2 329,2 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR