Bank Of Baku

«Kapital Bank»ın aktivləri son bir ildə 81% artıb

«Kapital Bank»ın aktivləri son bir ildə 81% artıb
# 04 noyabr 2011 12:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kapital Bank» ASC-nin aktivlərinin həcmi 2011-ci il oktyabrın 1-nə 1 197,768 mln. manat təşkil edib ki, bu da ötən analoji dövrünün göstəricisi ilə müqayisədə 81% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,2 dəfə artaraq 883,769 mln. manata, depozit portfeli 42% artaraq 368,546 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 42,1% artaraq 91,116 mln. manat, o cümlədən nizamnamə kapitalı 33% artaraq 40 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın aktiv plastik kartlarının sayı 11,2% artaraq 2 105 380 olub.

Xatırladaq ki, «Kapital Bank» 2000-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları rolunda «Paşa Holding» (97,5%) və bankın əmək kollektivi (2,5%) çıxış edir. Bankın ölkə üzrə 89 filialı, 412 bankomatı, 424 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR