Bank Of Baku

Yunanıstan rəsmən referendumdan imtina edib

Yunanıstan rəsmən referendumdan imtina edib
# 04 noyabr 2011 13:20 (UTC +04:00)
Bakı - APA-Economics. Yunanıstanın Maliyyə Nazirliyi Avropa İttifaqını (Aİ) hökumətin ölkəyə yeni beynəlxalq yardım proqramına dair referendum keçirilməsi planından imtina etməsi barədə məlumatlandırıb.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bundan əvvəl Yunanıstanın baş naziri Georgios Papandreu beynəlxalq kreditorların və müxalifətin kəskin tənqidi ilə üzləşmiş referendum ideyasından imtina edəcəyini istisna etməmişdi.

Xatırladaq ki, avrozonada böhran 2009-cu ildə Yunanıstandan başlayıb. Sonradan böhran İtaliya, İspaniya və Portuqaliyanı da əhatə edib. Avropa İttifaqının “zəif bəndi” sayılan Yunanıstanın özəl və milli kreditorlar qarşısında dövlət borcu hazırda 350 mlrd. avro təşkil etməklə Avropanın bütün vergi ödəyiciləri üçün ağır yükə çevrilib. Hesablamalara görə, hər bir avropalı dolayı yolla Afinaya 535 avro kömək edir. Aİ-nin ötən həftə keçirilən sammitində liderlər Yunanıstanın istiqrazlar üzrə borclarının 50% silinməsini, bankların restrukturizasiyasını və Avropa Maliyyə Sabitliyi Fondunun 2,5 dəfə artırılmasını qərara alıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR