Bank Of Baku

«Dəmirbank»ın ipoteka kreditləri portfeli 25 mln. manatı ötüb

«Dəmirbank»ın ipoteka kreditləri portfeli 25 mln. manatı ötüb
# 04 noyabr 2011 13:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Dəmirbank» ASC-nin ipoteka kreditləri portfelinin həcmi 2011-ci il oktyabr ayının 1-nə 25,3 mln. manat (650 kredit) təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 32% çoxdur. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Y.Cabbarovun sözlərinə görə, bu məbləğin 5,4 mln. manatı (167 kredit) sosial ipoteka kreditlərinin payına düşüb. «Həmçinin, hesabat dövründə bankın öz ipoteka proqramı vasitəsi ilə verdiyi kreditlərin həcmi 1,8 mln. manat olub», - deyə Y.Cabbarov bildirib.

Qeyd edək ki, «DəmirBank» (əvvəlki «Azərdəmiryolbank») 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR