Bank Of Baku

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 0,7% artıb

Azərbaycanda bankların xarici öhdəlikləri ilin əvvəlindən 0,7% artıb
# 04 noyabr 2011 13:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu xarici öhdəlikləri son bir ildə 278,1 mln. manat və ya 12,6% artaraq 2011-ci il sentyabrın 1-nə 2 487,8 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlindən xarici öhdəliklər üzrə 17,4 mln. manat və ya 0,7%-lik, avqust ayı ərzində isə 58,9 mln. manat və ya 2,4%-lik artım baş verib.




Eyni zamanda, bankların məcmu xarici aktivləri 2011-ci il sentyabrın 1-nə 1 686,2 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 400 mln. manat və ya 31,1% çoxdur. Bununla yanaşı, ilin əvvəlindən 5,7 mln. manat və ya 0,3%, avqust ayı ərzində isə 147,1 mln. manat və ya 8%-lik azalma müşahidə olunub.

Nəticədə, kommersiya banklarının xarici maliyyə əməliyyatlarında kapitalın idxalçı mövqeləri daha da güclənib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR