Bank Of Baku

G20 ölkələri BVF-yə əlavə vəsait ayırmağı qərara alıblar

G20 ölkələri BVF-yə əlavə vəsait ayırmağı qərara alıblar
# 04 noyabr 2011 14:31 (UTC +04:00)
Bakı - APA-Economics. “Böyük 20-lik” (G20) ölkələri avrozonanın borc böhranı ilə mübarizə üçün Beynəlxalq Valyuta Fonduna (BVF) əlavə vəsait ayrılması barədə razılığa gəliblər.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə Avropa Şurasının prezidenti Herman van Rompey Fransanın Kann şəhərində G20 sammiti çərçivəsində keçirilən iclaslardan sonra məlumat verib.

Onun sözlərinə görə, məsələ G20 ölkələrinin maliyyə nazirlərinin növbəti görüşündə daha detallı şəkildə müzakirə olunacaq.

Bundan başqa, G20 ölkələri hec-fondların, derivativlərlə ticarətin tənzimlənməsinin sərtləşdirilməsi və maliyyəçilərə ödənilən bonuslara nəzarət olunması barədə razılığa gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR